"Bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı ötən illə müqayisədə çox azdır".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Məleykə Abbaszadə uğur qazana bilməyən abituriyentlərin boş qalan yerlərə ixtisas seçimə şanslarının olduğunu bildirib:

"Təxminən 2400 plan yeri boş qalıb. Həmin yerlər artıq təqdim edilib. 200-dən yüksək nəticə göstərən və uğur qazanmayanlar abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr, uğur qazana biləcəklər. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".

Bu il 500-dən yuxarı bal toplayan bir neçə abituriyent ali məktəbə daxil olmayıb

Bu il I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, IV ixtisas qrupu üçün bu hal təbiidir. Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir yer yazdığı üçün ali məktəbə daxil ola bilmir.

"Amma bu il üçün Tibb Universitetində yeni açılan ixtisaslar da var ki, onların keçid balı aşağıdır. Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar. Sevindirici hal odur ki, bu il Bakı Dövlət Universitetində Biotexnologiya ixtisası açılıb və həmin yer üçün axın yüksək olub. Burada keçid balı Tibb Universiteti ilə eyni səviyyədə olub. Bu, o deməkdir ki, gənclərimiz müasir ixtisaslar barədə məlumatlıdırlar və düzgün addım atırlar".

İxtisas qrupları üzrə 2451 vakant yer var

Dövlət İmtahan Mərkəzi ixtisas qrupları üzrə vakant yerlərin sayı açıqlanıb.

DİM-dən verilən xəbərə görə, ixtisas qrupları üzrə ümumilikdə vakant yerlərin sayı 2451-dir (4,78%). Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).

I qrup üzrə vakant yerlərin ümumi sayı 327-dir (2,01%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 7-dir (0,28%).

II qrup üzrə vakant yerlərin ümumi sayı 519-dur (4,30%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.

III qrup üzrə vakant yerlərin ümumi sayı 1010-dur (6,75%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 127-dir (4,92%).

IV qrup üzrə vakant yerlərin ümumi sayı 286-dır (7,19%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 151-dir (13,92%).

V qrup üzrə vakant yerlərin ümumi sayı 309-dur (7,71%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.

.