Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planı təsdiq edilib.
Bu barədə Elm və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Firudin Qurbanov əmr imzalayıb.
Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb
Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.
Bu barədə Məktəbəhazırlıq qruplarının tədris planında qeyd olunub.
Bildirilib ki, I yarımil 1 oktyabr - 26 yanvar; II yarımil 1 fevral - 31 may tarixlərini əhatə edir.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
əlavə tətil: 1-5 may (5 gün).