Bakıda yerləşən 212 saylı tam orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, Tərtər rayon sakini Sahil Həsənov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2 oktyabr 2022-ci il tarixdə saat 19:39-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 212 saylı tam orta məktəbin birinci mərtəbəsinin dəhlizində 2012-ci il təvəllüdlü şagirdə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

Təqsirləndirilən Sahil Həsənov barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

.