Meksikalı Andrea Meza bu il “Kainat gözəli” müsabiqəsinin birincisi seçilib.

ABŞ-ın Florida ştatında keçirilən tədbir FYI telekanalında yayımlanıb.

Çiuaua şəhərindən olan 26 yaşlı qalibə “Kainat gözəli 2019”- Cənubi Afrika təmsilçisi Zozibini Tunzi tərəfindən brilliant tac təqdim edilib.

Üçüncü yeri Peru təmsilçisi Yanik Maseta, ikinci yeri Braziliyalı Julia Qama tutub.

Meza ixtisasca proqramçıdır.

İlk beşliyə Hindistan və Dominikan respublikasından təmsilçilər də daxil olub.

 

.