Meksikanın Sonora ştatında iki yanğın nəticəsində 6 uşaq ölüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Ermosilyo şəhərində yaşayış binasında baş verib. Nəticədə 4 yaşlı qız və 2 yaşlı oğlan dəm qazından zəhərlənərək  ölüb.   
 
Bundan başqa Maqdalena de Kino şəhərində yanğın nəticəsində 7, 6 və 3 yaşlı oğlan və 1 yaşlı qız uşaqları ağır yanıq xəsarətlərindən ölüb.
 
Prokurorluq yanğının səbəblərini  araşdırır.  
.