Meksikada iki qəsəbənin sakinləri arasında kütləvi toqquşma olub, bu barədə "Life.ru" yerli prokurorluğa istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, San-Lukas-İkskotepek qəsəbəsi sakinləri Oahaka ştatının Santa-Mariya-Ekapetek sakinlərinə hücum ediblər. Toqquşmaya səbəb mübahisəli ərazi olub.
Toqquşmada təxminən 20 nəfər iştirak edib. Onlardan 13-ü öldürülüb, daha 1 nəfər xəsarət alıb.
Öldürülənlər arasında 2 qadın da var.
.
