Meksikanın Hərbi Hava Qüvvvələrinə məxsus vertolyot qəzaya uğrayıb.

Bu barədə "Efekto TV" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Oahaka ştatında baş verib. "T6 Texan" vertolyotunun qəzaya uğraması nəticəsində hər iki pilot xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Qəzanın hərbi hava bazasının yaxınlığında təlim uçuşu zamanı baş verdiyi bildirilir. Vertolyot yerə çırpılmazdan öncə hər iki heyət üzvü katapulta vasitəsilə xilas olublar.
.