Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin işğaldan azad olunması münasibətilə "Instagram"da paylaşım edib.

Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.

Dövlət başçısı bu sözləri yazıb: "Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!"

.