Jurnalist, bloger Mehman Hüseynova polisin qanuni əmrinə tabe olmamaq ittihamı verilib.

 Lent.az-a bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

 O bildirib  ki, blogerə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilib. Hazırda o, Nəsimi rayon Məhkəməsindədir.

 

**

11:32

Sosial şəbəkə fəalı Mehman Hüseynov saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

 Vəkil bildirib ki, Mehman Hüseynov Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Polisdən dedilər ki, Mehmanı Nəsimi Rayon Məhkəməsinə aparıblar”.

.