İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı irəli sürülən korrupsiya ittihamları ilə bağlı hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.

 “İmamoğlu mənfəətpərəst cinayət təşkilatı” ilə bağlı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 407 şübhəli barəsində hazırlanan iddianamə məhkəmə tərəfindən qəbul edilib.

İddialara görə, dövlətin 10 illik müddətdə 160 milyard lirə ziyana salındığı, metro və İstanbul Su Kanalizasiya İdarəsi layihələri üçün alınan kreditlərin təyinatı üzrə istifadə edilmədiyi bildirilir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu iddianamədə “təşkilatın rəhbəri” kimi göstərilib. Sənəddə daha 6 nəfər də təşkilatın rəhbərliyində yer alan şəxslər kimi qeyd olunur.

İttiham aktına görə, İmamoğlunun 828 il 2 aydan 2352 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilir.

.