Ötən gün ABŞ andlılar məhkəməsi Demokratlar partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilib.
Yenizaman bu barədə CNN-ə istinadən xəbər verir.
Qeyd olunub ki, Menendez həm ədalətin təntənəsinə mane olmaqda, həm də pul tələb etməkdə və fırıldaqçılıqda təqsirli bilinib.
Senator bütün maddələr üzrə təqsirini rədd edir. Elan olunmuş ittihamlarla onu 20 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Menendes Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, Konqresin yuxarı palatasında fəaliyyətini davam etdirib. O, komitə rəhbəri olduğu dövrdə ermənipərəst mövqeyi və anti-Azərbaycan fəlaiyyəti ilə diqqət çəkmişdi.
.