İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İspaniya təmsilçisi "Barselona"nın maraq dairəsinə düşüb.

"Diario Sport" xəbər verir ki, kataloniyalılar cari mövsümün sonu vingeri azad agent kimi heyətinə qatmağı düşünür.

Klub hələ 3 il əvvəl Salahı sıralarına qatmağı planlaşdırsa da, maliyyə səbəblərinə görə transfer baş tutmamışdı.

Qeyd edək ki, 32 yaşlı misirli futbolçunun xidmətində Səudiyyə Ərəbistanı klubları da maraqlıdır.
 

.