
Rusiyanın Avropa İttifaqı ilə diplomatik münasibətləri dayandırması təklif olunub.
Belə bir təkliflə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.
Siyasətçi hesab edir ki, Aİ ilə diplomatik münasibətləri müvəqqəti dayandırmaq və diplomatik personalı Rusiyaya qaytarmaq daha yaxşı olardı.
Aİ-nin Rusiya vətəndaşlarına Rusiya qeydiyyatlı avtomobil və mobil telefonla İttifaq ərazisinə daxil olmağın qadağan etməsinə münasibət bildirən Medvedev bu qərarı qəbul edənləri rasist-irqçi adlandırıb.
"Bununla bağlı nə etməli? Dəqiq Aİ vətəndaşları üçün cavab məhdudiyyətləri tətbiq etməməliyik. Biz qohumları SS-də xidmət edən ölkələrin bir çox liderlərindən fərqli olaraq irqçi deyilik. Bizə gələnlər isə adətən Rusiyanı sevir və qiymətləndirirlər", -deyə Medvedev Teleqram kanalında yazıb.
.