NATO müqaviləsinin beşinci maddəsi alyansın Rusiyanı təhdid edən kiçik ölkələrinə kömək etməyəcək.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, Rusiya Federasiyasına qabaqlayıcı zərbəni müzakirə edən ölkələri hədələyib.

Medvedev qeyd edib ki, Rusiya hətta taktiki nüvə silahı ilə cavab verəcəyi təqdirdə belə qabaqlayıcı zərbəni müzakirə edən ölkələrdən “yaş ləkə” qalacaq.

“Ölkə nə qədər gülməli olsa, onun təkəbbürü bir o qədər yüksək olur”, - deyə Medvedev vurğulayıb.

.