Referendumlar keçiriləcək, Donbas respublikaları və digər ərazilər Rusiyanın tərkibinə qəbul ediləcək.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün Telegram kanalında dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb.

Medvedev bildirib ki, istefada olan "axmaq generallar"ın NATO-nun Krıma zərbə endirməkdən danışaraq Rusiyanı qorxutmasına ehtiyac yoxdur: “Hipersəsli raketlərimiz Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmağa zəmanət verir. Qərb isteblişmenti isə, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə yol yoxdur”.

Medvedev də nüvə silahından istifadə edə biləcəkləri ilə hədələyib

Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə edə bilər.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün “Telegram” kanalında dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb.

“Yeni birləşmiş bütün ərazilərin müdafiəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək. Bu cür qorunma üçün təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər”, - Medvedev bildirib.

.