Rusiyanın baş naziri Dmitri Medvedev 2018-ci ildə keçiriləcək prezident seçkilərində özünü namizəd görmədiyini deyib.

"Rusiya24" kanalına açıqlama verən baş nazir özünün və üzvü olduğu "Vahid Rusiya" partiyasının 2018-ci ilin martında keçirilməsi planlaşdırılan prezident seçkilərində Vladimir Putini dəstəkləyəcəklərini bildirib:
"Ölkə başçımız Vladimir Vladimiroviç Putin seçkilərdə öz namizədliyini irəli sürərsə, partiyamız və şəxsən mən özüm sona qədər onu dəstəkləyəcəm. Düşünürəm ki, Vladimir Putin ölkəni güclü siyasət yolu ilə idarə edir."
D.Medvedyev öz namizədliyini irəli sürməməsinin səbəbini isə belə açıqlayıb:
"Mənim namizədliyimə gəlincə, burada heç bir siyasi təzyiq yoxdur. Hazırda davam edən siyasi vəziyyətdə mən özümü idarəçi olaraq görmürəm. Lakin, yenə də öz vəzifəmə davam edəcəm".

.