Yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başa çatıb.

“Report”un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, nümayəndə heyəti Şahbulaq qalasına baş çəkiblər.

Onlar qalanın vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, ermənilərin hərbi istehkamları ilə, Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanış olublar.
 

.