“Media subyektlərinin Reyestrə müraciət etməsi üçün 6 ay vaxtları var”.
Bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.
O bildirib ki, 6 ay ərzində hazırda fəaliyyət göstərən media subyektləri Reyestrə müraciət etməlidir: “Ancaq yeni yaranacaq olan media subyetkləri bununla bağlı bir həftə əvvəldən bizə məlumat verməlidirlər”.
“Ali təhsili olmayan amma Media Reyestrinə daxil olmaq istəyən jurnalistlər üçün güzəşt nəzərdə tutulmayıb”.
MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib ki, qeyd edilən şərtlərə cavab verən şəxslər Reyestrə müraciət edə bilər.
O həmçinin əlavə edib ki, ştatlı və ştatdankənar müxbir anlayışı artıq qüvvədən düşmüş KİV haqqında qanunda öz əksini tapmışdı:
“Ştatlı və ştatdankənar müxbir dedikdə əmək müqaviləsi ilə işləyən jurnalistlər nəzərdə tutulur. Yəni ştatdankənar demək mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərmək demək deyil. Əmək müqaviləsi bağlananda iki formada rəsmiləşdirilə bilər”.
.