Media Reyestrinə daxil edilən və ötürülən məlumatlar açıqlanıb.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, Reyestrə daxil edilən, habelə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Reyestrə ötürülən məlumatlar aşağıdakılardır:

- audiovizual media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:

- fiziki şəxs olan media subyektinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, VÖEN-i, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, əlaqə məlumatları;

- hüquqi şəxs olan media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları;

- hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və ya dolayısilə iştirakçısı olan şəxslər (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları, hüquqi şəxs olduqda adı, VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları) haqqında məlumat;

- idarəetmə orqanı rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı yer, ali təhsili, məhkumluğunun olub-olmaması haqqında məlumat və əlaqə məlumatları;

- məsul redaktorun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı yer, əlaqə məlumatları;

- media subyektində işləyən jurnalistlərin siyahısı (soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı yer, əlaqə məlumatları);

- ərazi kateqoriyası;

- janrı, yayım üsulu və növü;

- lisenziyasının növü, nömrəsi və tarixi;

- çap mediası subyektlərinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:

- bu Qaydalarda nəzərdə tutulmuş məlumatlar;

- çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat (dini məzmunlu çap mediası subyekti təsis edildikdə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi);

- onlayn media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:

- domen adının sahibi fiziki şəxs olduqda soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları, hüquqi şəxs olduqda adı, VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları;

- dini məzmunlu onlayn media subyekti təsis edildikdə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;

- informasiya agentliyinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:

- bu Qaydalarda nəzərdə tutulmuş məlumatlar;

- digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;

- onlar tərəfindən kütləvi informasiyanın dərc olunma və (və ya) yayımlanma üsuluna uyğun audiovizual media redaksiyası olduqda, bu Qaydaların 7.1.1-ci yarımbəndinin 7–9-cu abzasları, çap mediası redaksiyası olduqda 7.1.1-ci yarımbəndinin 7-ci və 7.1.2-ci yarımbəndinin 2-ci abzasları, onlayn media redaksiyası olduqda isə 7.1.3-cü yarımbəndinin 2-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş məlumatlar;

jurnalistlərin aşağıdakı məlumatları:

- jurnalistin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;

- verilmiş jurnalist vəsiqəsi (o cümlədən olduğu halda əvvəllər verilmiş) haqqında məlumat (nömrəsi, verilmə tarixi, etibarlılıq müddətinin bitdiyi tarix);

- jurnalistin əmək və ya mülki hüquqi müqaviləsi, habelə əmək fəaliyyəti haqqında ümumi məlumat;

fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;

- jurnalistin ali təhsili haqqında məlumat;

- jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.

 

.