“Bundan öncə Azərbaycanda onlayn media subyektləri üçün müsabiqə keçirilməyib”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələr keçmiş ənənənin davamı deyil: “Əvvəllər çap mediası üçün müsabiqələr keçirilib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də qəzetin məzmununu dəyərləndirmişik. Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.

Əhməd İsmayılov: “Budəfəki müsabiqələrdə bir sıra yeniliklər tətbiq olunub”

“MEDİA tərəfindən çap mediası və onlayn media subyektləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı. Bu müsabiqələrin təşkil olunmasının məqsədi peşəkar jurnalistikanın formalaşmasına dəstək verməkdir. Müsabiqələr davamlı olacaq”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələrdə bir sıra yeniliklər tətbiq olunub: “Media subyektlərinin özü tərəfindən bununla bağlı təkliflər almışdıq. Buna görə də qərara gəldik ki, MEDİA tərəfindən nəinki çap, həm də onlayn media subyektləri üçün də bu cür müsabiqələr keçirilsin. Çap mediası subyektlərinin dəstəklənməsi həm də qəzet redaksiyasının saytının da dəstəklənməsi idi. Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihəmiz ümumiyyətlə yenilik idi. Bu layihələrin həyata keçirilməsi məhz media subyektləri ilə görüşdə verilən təkliflər əsasında təşkil olundu. MEDİA tərəfindən ilk dəfə idman jurnalistikası subyektlərinə də dəstək layihəsi həyata keçirildi. Bu da idman jurnalistikası sahəsində çalışan həmkarlarımızla görüşdə onlar tərəfindən səslənən fikirlər əsasında keçirilib”.

MEDİA: Məqsədimiz media subyektlərinin iqtisadi müstəqilliyini təmin etməkdir

“Biz artıq MEDİA-nın bütün subyektlərini və sferalarını əhatə edən layihələrlə çıxış edəcəyik”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələr agentliyin maliyyə imkanları çərçivəsində keçirilir: “Maliyyə imkanlarımız artırılarsa, məbləğ məsələsinə yenidən baxıla bilər. Biz bunun həm iqtisadi, həm də hüquqi tərəflərini araşdırıb qərar qəbul etməliyik. Dəstək layihəsi media subyektinin bütün büdcəsini əhatə edə bilməz. Bu media subyektlərinin iqtisadi müstəqilliyi prinsipinə ziddir. Bizim məqsədimiz məhz media subyektlərinin iqtisadi müstəqilliyini təmin etməkdən ibarətdir”.

MEDİA: Ayrılmış maliyyənin təyinatı üzrə istifadə olunmaması müəyyən olunarsa, müqavilə ləğv ediləcək

“Bu müsabiqə nəticələri bizə ətraflı monitorinqlər keçirmək imkanı verdi”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, müsabiqə qalibləri ilə müvafiq müqavilə imzalanandan sonra növbəti 6 ay ərzində onlara maliyyə yardımı ayrılacaq: “Bu, medianın iqtisadi müstəqilliyinə dəstək məqsədi daşıyır. Biz maliyyə yardımlarının xərclənməsinə nəzarət edəcəyik. Monitorinqlər nəticəsində onlara göstərilmiş dəstəyin təyinatı üzrə istifadə olunmaması müəyyən olunarsa, müqavilə ləğv ediləcək. Göstərilən dəstək layihələri media subyektlərinin bütün büdcəsini maliyyələşdirə bilməz”.

Əhməd İsmayılov: “MEDİA-nın layihələri şəffaflıq prinsipi üzərində qurulub”

“Biz bu müsabiqələri keçirərkən medianın ehtiyaclarını qiymətləndiririk”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, müsabiqədə qalib olmuş media subyektlərinin 3 əməkdaşının maaşı MEDİA tərəfindən qarşılanır, 600 manat onların əməkhaqqısına yönəldilməlidir: “Biz bunu ayın sonunda hesabatda görməliyik. MEDİA tərəfindən həyata keçirilən layihələr şəffaflıq prinsipi üzərində qurulub. Sırf şəffaf şəkildə həmin məbləğ jurnalistlərin maaş kartına oturmalıdır. MEDİA tərəfindən həyata keçirilən müsabiqələr stimul xarakteri alıb”.

MEDİA-nın rəhbəri: "Say və məbləğ məsələsinə yenidən baxıla bilər"

“Biz MEDİA-nın bütün subyektlərini əhatə edən layihələrlə çıxış edəcəyik”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələcəkdə maliyyə imkanı olarasa, say və məbləğ məsələsinə yenidən baxıla bilər:

“Biz bunun iqtisadi və hüquqi tərəflərini araşdırmalıyıq. Dəstək layihəsi media subyektinin bütün ehtiyaclarını ödəmək üçün deyil. Dəstək layihələri heç də mütəmadi olmalı deyil”.

.