“Azərbaycan” qəzetinin fəaliyyətini davam etdirməsinin hüquqi əsası “Media haqqında” qanunun 59.2-ci maddəsidir. Həmin maddəyə uyğun olaraq Milli Məclis çap mediası subyektinin təsisçisi ola bilər”.

Bu barədə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyindən (MEDİA) bildiriblər.

“Media haqqında” qanunun 59.2-ci maddəsində qeyd olunub ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli fərmanı ilə ölkədə çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiq edilib. Siyahıya Prezidentin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət İmtahan Mərkəzidir.

.