Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfər yaradıcı adama ev verilməsinə münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu məsələnin Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur.
"AYB müstəqil qurumdur və qərarlarını müstəqil şəkildə qəbul edir", - qurumdan vurğulanıb.
Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.
AYB katibi Elçin Hüseynbəyli "Report"a müsahibəsində deyib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.
.