Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verməli olan şahidlər məhkəmə prosesinə gəlməyiblər. İclasa qatıla bilməyən şahidlər məhkəməyə xəstə olmaları ilə bağlı məlumat göndəriblər. Buna görə də hakim təqsirləndirilən şəxsdən növbəti prosesdə şahidlərin çağırılıb dindirilməsi, yaxud istintaqdakı ifadələrinin məhkəmədə elan olunmasını istədiyini soruşub.

Z.Sultanov təqsirini etiraf etdiyini, şahidlərlə bağlı, məsələni məhkəmənin ixtiyarına buraxdığını deyib.

Proses oktyabrın 20-dək təxirə salınıb.

.