Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir.

APA “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, görüşdə tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacaq.

Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

.