MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri partiyaların seçki qərargahlarının nümayəndələri ilə Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşlər uzunmüddətli monitorinqlər çərçivəsində onlayn rejimdə keçirilib.

MDB Parlamentlərarası Assambleya Şurası Katibliyinin rəhbərinin müavini, Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun direktoru İvan Muşket tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, altıncı çağırış Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin monitorinqində iştirak edirlər.

İnstitutun direktoru bildirib ki, hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertlərindən ibarət müşahidəçilər qrupu yaradılır. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin qrupun koordinatoru təyin edilib.

.