Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri Xaçmaz rayonunda da seçki prosesini izləyirlər.
Müşahidəçilərdən biri, Dağıstan Xalq Məclisinin deputatı Firudin Rəcəbov 57 saylı Xaçmaz şəhər və 58 saylı Xaçmaz kənd seçki dairələrinə daxil olan məntəqələrdə seçki prosesini müşahidə etdiklərini deyib.
O, hər yerdə seçki prosesinin mükəmməl təşkil edildiyini deyib: “Hər şey qaydasındadır. Çox normal seçki keçir. Yerli müşahidəçilər də hər hansı qayda pozuntusu olmadığını bildirirlər. Hər kəs istədiyi namizədə səs verir".
.