Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.
Bu barədə qurumun katibliyindən bildirilib.
Qeyd edilib ki, Assambleyanın sədri, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun ünvanına Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın adından bununla bağlı məktub göndərilib. Məktubda qurumun müşahidə missiyası ölkəmizdə təşkil olunacaq səsvermə prosesini müşahidə etməyə dəvət olunub.
MDB Parlamentlərarası Assambleyasının Katibliyindən bildirilib ki, formalaşdırılacaq müşahidə missiyasının tərkibinə üzv dövlətlərin ali qanunverici orqanlarının rəsmi şəxsləri və bu təşkilatın tərkibindəki Beynəlxalq Demokratiyanın İnkişafının Monitorinqi İnstitutunun ekspertləri daxil ediləcək.
.