MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edib.
MDB ölkələrinin diplomatları Bakıdahərbi şərəf Memorialına gül çələngi qoyub.
Tədbirdə Bakı şəhər Nərimanov rayonu icra hakimiyyətinin nümayəndələri, veteranlar, eləcə də onların qohumları iştirak edib.
Nərimanov rayonu icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bütün veteranları Qələbə günü münasibətilə təbrik edərək, Böyük Vətən Müharibəsindəki qələbədəAzərbaycanın rolunu qeyd edib. O, müharibədə həlak olanların, eləcə də öz Vətəninin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanlarınxatirəsini anmağa çağırıb.
MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri adından çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, 1941-1945-ci il qələbəsi həmrəylik sayəsində əldə olunub. O, həmçinin Azərbaycanın qələbəyə verdiyi töhfəsini, o cümlədən azərbaycanlıların cəbhədə iştirakını, Azərbaycan neftini, burada istehsal olunan texnika və mərmilərin əhəmiyyətinivurğulayıb. Onun sözlərinə görə, həmin illərdə Azərbaycanın hospitallarında təxminən1,5 mln. insan müalicə alıb.("Report")

