MDB dövlət başçılarının videokonfrans formatında sammiti keçirilir.

Özbəkistanın sədrliyi ilə keçirilən sammitdə MDB çərçivəsində siyasət, ticarət-iqtisadi, sosial və mədəniyyət sahələrində əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Bundan başqa, sammitdə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizədə əməkdaşlıq, aktual beynəlxalq və regional problemlər barədə fikir mübadiləsi aparılacaq.

Sammitin yekunu olaraq MDB-nin aktuallaşdırılmış gələcək inkişaf Konspeksiyası təsdiqlənəcək, BMT-nin yaradılmasının 75 illiyi və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı birgə bəyanat qəbul olunacaq.

Qeyd edək ki, videokonfrans formatında keçirilən MDB liderləri sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

.