"Real Madrid"in hücumçusu Kilian Mbappe növbəti dəfə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Ötən gün keçirilən oyunda Madrid təmsilçisi "Vilyarreal" üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada 27 yaşlı fransız futbolçu dubla imza atıb.

Statistikaya görə, Mbappenin qol vurduğu 21 oyunun 19-da “Real Madrid” qələbə qazanıb. Hücumçunun fərqlənə bilmədiyi 11 qarşılaşmada isə paytaxt klubu cəmi 4 qələbə əldə edib, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib.

Hazırda La Liqanın turnir cədvəlində 51 xalla birinci yerdə qərarlaşan “Real Madrid”i 2 xal geridə olan "Barselona" izləyir.

.