Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe cari mövsüm bütün yarışlarda 40-dan çox qol vuran ilk avropalı futbolçu olub.

25 yaşlı oyunçu bunu İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda dubl etməklə bacarıb.

Forvard Liqa 1-də 24, Fransa Kubokunda 8, ölkə Superkubokunda 1, Çempionlar Liqasında 8 dəfə fərqlənib.

Qeyd edək ki, Mbappenin yayda İspaniya təmsilçisi "Real"a keçəcəyi gözlənilir.

.