Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Mayviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqliyin görünməmiş yüksək səviyyəsinə çatıb.

Federasiya Şurasının sədri əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi dinamikanı prezidentlər verir.

Azərbaycan Milli Məclisinin isə çıxışında vurğulayıb ki, iki ölkə arasında münasibətlər sabitlik və dinamizm ilə xarakterizə olunur.

Valentina Matvienko və Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işini səmərəli hesab ediblər.

Milli Məclisin sədri parlamentarilərin komitələr səviyyəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib və belə bir formatın bütün parlament ölçüsünün inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Görüş iştirakçıları Rusiya-Azərbaycan müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə diqqət yetiriblər. Federasiya Şurasının rəhbəri ötən il məhsuldar olduğunu qeyd edib: “10 hökumətlərarası və qurumlararası saziş, o cümlədən Müttəfiq Əməkdaşlığı haqqında Bəyannamə imzalanıb. “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, - deyə Matviyenko əlavə edib.

Görüşün mühüm mövzusu həm də regionlararası əməkdaşlıq məsələləri olub. Federasiya Şurasının sədri qeyd edib ki, regionlararası əməkdaşlıqda Rusiyanın 70-dən çox subyekti iştirak edir, 18 region isə Azərbaycanla əməkdaşlıq müqaviləsi bağlayıb. Münasibətlərin gələcək inkişafı baxımından, Federasiya Şurasının sədrinin sözlərinə görə, Rusiya-Azərbaycan regionlararası forumu tələb olunan platformadır.

Matviyenko: Heydər Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığının əsasını qoyub

“Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını qoyub”.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

O, hər iki ölkə üçün əlamətdar olan və 2023-2024-cü illərdə qeyd olunacaq yaddaqalan tarixləri - görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyini və Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyini xatırladıb: “Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını qoyub və ümumittifaq layihəsinin həyata keçirilməsində bilavasitə iştirak edib. Bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub”.

Federasiya Şurasının sədri Azərbaycan nümayəndə heyətini də bu ilin mayında keçiriləcək 10-cu Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak etməyə dəvət edib.

Görüş zamanı Qarabağda nizamlanma və Laçın dəhlizinin işi ilə bağlı məsələlərə toxunulub.

.