Masallı rayon icra hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.
Bununla bağlı rayon icra hakimiyyəti başçısı Araz Əhmədov xüsusi əmr imzalayıb.
Məhəmmədhüseyn Hüseynov həm də Fövqəladə hallar komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılıb.
Faktı Masallı Rayon İcra Hakimiyyəti təsdiq edib.
.