“Real” futbolçusu Marselo ilə vidalaşıb.

Braziliyalı müdafiəçi 18 yaşından şərəfini qoruduğu klubda 15 il keçirib.

O, Madrid təmsilçisi ilə 25 titul qazanıb. Bu, “Kral klubu”nun rekordudur. O, son mövsüm Liqa1-də qazanılan çempionluqla Fransisko Xentoya məxsus rekordu (23) geridə qoyub, Çempionlar Liqasını əldə edərək fərqi artırıb.

Marselo İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib. O, 5 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda, 4 dəfə klublararası dünya çempionatında qalib olub.

.