Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rütte aprelin 21-22-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri, general Yaşar Gülerlə görüşəcək.

Bundan başqa, alyansın baş katibi müdafiə sənayesi obyektini ziyarət edəcək.

"Səfər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərinə, habelə Türkiyə-NATO əlaqələrinə həsr olunacaq", - məlumatda qeyd edilib.

.