"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Moskvanın mövqeyi dəyişməyib".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun tərkibində mümkün dəyişiklik edilməsi məsələsinə münasibət bildirərkən deyib.
"Dəyişikliklər barədə məlumatım yoxdur. Mütəxəssislərlə dəqiqləşdirib daha ətraflı məlumat verəcəyəm", - M.Zaxarova qeyd edib.
"Rusiyanın münaqişənin həllindəki rolu və həlli məsələsindəki mövqeyi dəyişməyib", - deyə o əlavə edib.
.