Le Pen, Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib.

Parlament fraksiyasının rəhbəri Marin Le Pen Milli Birlik partiyasının ölkə vətəndaşlarının ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduğunu bildirib.

“Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad göstərərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq” – deyə Le Pen bildirib.

O, həmçinin Fransa prezidenti Emmanuel Makronun Milli Assambleyanı buraxmaq qərarını yalnız alqışlaya biləcəyini deyib.

Qeyd edək ki, Milli Birlik partiyası Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb. Prezidentin İntibah Partiyasını isə seçicilərin cəmi 15,2 faizi dəstəkləyib.

.