"Biz daim ikitәrәfli münasibәtlәri daha da gücləndirmәk yollarını nәzәrdәn keçiririk”.
APA-nın mәlumatına görә, bunu Azәrbaycanla Avropa İttifaqı arasında strateji tәrәfdaşlıq haqqında sazişin imzalanması mövzusunda jurnalistlәrin sualını cavablandıran Aİ-nin Azәrbaycandakı nümayәndәliyinin rәhbәri Malena Mard deyib. O bildirib ki, Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın aprel ayında Azərbaycana planlaşdırılan səfəri bu sahәdә vacib rol oynayacaq: "Avropa İttifaqı genişlәnmә siyasәtinә önәm verir. Yohannes Han isә bu sahәdә məsul şәxsdir”.
.