Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması halları, həm hərbçilərin, həm də mülki insanların öldürülməsi və yaralanması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımların atılmasını zəruri edir.
Bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard son dövrlər cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin 20 ildir həll edilməməsi öz-özlüyündə narahatlıq doğurur: "ATƏT-in Minsk Qrupunun həmsədrləri həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirlər. Çünki bir qurban daha çox qurbanların olmasına yol açır”.
.