Dünya iqlim dəyişikliyinə qarşı sürətli və müvafiq şəkildə mübarizə aparmasa əsrin sonlarına qədər Maldiv adaları yox ola bilər.

RİA “Novosti”  verdiyi xəbərə görə, bu barədə ölkənin ətraf mühit, iqlim dəyişikliyi və texnologiya naziri Aminat Şauna bildirib.

Onun sözlərinə görə, ətraf mühit indiki kimi zərər görərsə, 2100-cü ilədək Maldiv adaları mövcud olmayacaq: “İqlim dəyişikliyi realdır və biz dünyanın ən həssas ölkəsiyik”.

Maldiv adalarının 80%-nin dəniz səviyyəsindən yalnız bir metr yüksəklikdə yerləşdiyini qeyd edən A. Şauna vurğulayıb ki, adaların əksəriyyətində daşqın və sahil xəttinin aşınması qeydə alınıb.

Nazir onu da bildirib ki, Maldiv hökuməti iqlim dəyişikliyinin təsirini minimuma endirmək üçüntədbirlər görür: “Məsələn, Maldiv adaları istixana qazı tullantılarının azaldılmasında lider olmağa çalışır”.

.