Malaziyanın baş naziri Nəcib Razak ölkədən çıxışına qadağa qoyulan 7 nəfər Malaziya vətəndaşını təcili azad etməyi tələb edib.
Malaziya baş naziri Nəcib Razak həmin vətəndaşların faktiki olaraq girov götürüldüyünü bəyan edib:
"Bizim vətəndaşlarımızın girov götürülməsi bütün beynəlxalq hüquq və diplomatik normalara ziddir. Məsələ ilə əlaqədar artıq Malaziya təhlükəsizlik şurasının iclasını çağırmışıq.”
Nəcib Razakın sözlərinə görə, Şimali Koreyada olan Malaziya vətəndaşlarının təhlükəsizliyinə əmin olana qədər bu ölkənin vətəndaşlarının Malaziyadan çıxışına da qadağa qoyulub.
Qeyd edək ki, Şimali Koreyanın Malaziyadakı səfirliyinin binası da polis əməkdaşları tərəfindən əhatəyə alınıb.
Xatırladaq ki, Malaziya Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Kan Çxolyanı "persona non-qrata” (arzuolunmaz şəxs-red.) elan edərək ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.
Bundan sonra Şimali Koreya hakimiyyəti Malaziya vətəndaşlarının ölkədən çıxışına qadağa qoyub.
Maraqlıdır ki, üzərindən Kim Çxolyanın pasprotu tapılan şəxs 13 fevral tarixində Kuala-Lumpur hava limanında qətlə yetirilən, ABŞ və Malaziya xüsusi xidmət orqanları bu şəxsin Kİm Çen Inın qardaşı Kim Çen Namın olduğunu iddia etsələr də, rəsmi Pxenyan bu iddianı təkzib edir.
AzNews.az
.
