"Fransanın baş naziri Qabriel Attal seçki kampaniyası zamanı ölkə Prezidenti Emmanuel Makrondan getdikcə daha çox uzaqlaşır".

Bu barədə "Les Echos"un yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ötən həftə Attal özünü azad baş nazir kimi təqdim edib və bu həftənin sonunda o, Fransa xalqını növbəti hökumət başçısını seçməyə çağıran proqram hazırlayıb.

"Yanvarın 9-da prezident məni təyin etdi, iyunun 30-da isə fransızların məni seçməsini istərdim", - deyən Qabriel Attal bu qanunvericilik kampaniyasında Emmanuel Makronla fikir ayrılıqlarını qeyd edərək, kiçik, lakin getdikcə görünən addımlarla müstəqilliyini nümayiş etdirir. Keçən şənbə günü, "France 2"də o, özünü azad baş nazir kimi təqdim edib. Əksər videolarda Emmanuel Makronun bir dənə də olsun şəkli yoxdur. Qanunvericilik proqramında da mövcud deyil. Kitabın əvvəlində "Respublika üçün birlikdə" şüarı altında isə Qabriel Attalın portreti yer alır", - deyə materialda qeyd olunub.

Nəşr bildirib ki, Fransanın baş naziri Makronun dövründə planlaşdırılan iqtisadi islahatlara alternativ irəli sürəcəyini bəyan edib. Bundan əvvəl Attal "Le Parisien" qəzetinə müsahibəsində deyib: "Yeganə sual kimin baş nazir olacağı və parlamentdə çoxluğu qazanacağıdır".

.