Fransa Prezidenti Emmanuel Makronun Çinə üçgünlük dövlət səfəri başlayıb.
Bu barədə "TV5Monde" məlumat yayıb.
Dekabrın 4-də Fransa prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü nəzərdə tutulub. Makronla Si Cinpinin dekabrın 5-də də görüşəcəyi planlaşdırılır.
Pekinə səfər çərçivəsində Makron Ukraynada atəşkəsin əldə olunması üçün Rusiyaya təzyiq çağırışı etmək niyyətindədir. Çinə ünvanlanacaq bu çağırışdan başqa, iqtisadi əlaqələr də müzakirə olunacaq.
Fransa Çindən daha çox investisiya cəlb etmək istəyir. Həmçinin Fransaya aid məhsulların Çindəki bazarlara girişinin asanlaşdırılması da müzakirə predmeti olacaq.
Səfər çərçivəsində enerji, qida sənayesi və aviasiya sahələrində bir neçə sənədin imzalanması gözlənilir.
.
