Fransada prezident seçkilərinin ilk turunda 24,01 faiz səs alaraq ilk yeri tutan Emmanuel Makron Türkiyə əleyhinə bəyanatla çıxış edib.
Türkiyə mediası xəbər verir ki, Makron prezident seçiləcəyi halda 1915-ci il hadisələrini "soyqırımı” kimi tanıyacağını söyləyib.
1915-ci il hadisələri ilə bağlı Parisdə keçirilən mərasimdə çıxış edən prezidentliyə namizəd eyni zamanda qalib gələcəyi halda Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrində irəliləyiş olmayacağını da vurğulayıb.
