
Fransa parlamentinin aşağı palatasının ali kollegial orqanı olan Milli Assambleyanın Bürosu - sol müxalifətin Prezident Emmanuel Makrona qarşı impiçment prosedurunu başlatmaq təklifini rədd edib.
Bu barədə "Le Figaro" qəzeti xəbər verib.
İmtina səbəbi 104 deputatın imzasını toplayan sol partiya "Üsyan edən Fransa"nın irəli sürdüyü Makrona qarşı impiçment sorğusunun baxılması üçün əsasların olmaması ilə izah edilir.
Fransa prezidentinin vəzifələrini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Konstitusiyanın 68-ci maddəsində nəzərdə tutulur. İmpiçment təşəbbüskarları ilkin mərhələdə 58 deputatın imzasını toplamalıdırlar.
.