Fransa Prezidenti Emmanuel Makron İsrail il' Livan arasında atəşkəsi alqışlayıb və ABŞ-nin bu prosesdəki rolunu qeyd edib.

O, bunu "X" hesabında yazıb.

"Hizbullah" və İsrail arasında atəşkəsə tam dəstəyimi bildirirəm. Həmçinin hərbi əməliyyatların davam etməsi nəticəsində onun pozula biləcəyindən narahatlığımı ifadə edirəm. Livan-İsrail sərhədinin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyinin təmin olunmasını tələb edirəm. "Hizbullah" silahı yerə qoymalı, İsrail isə Livanın suverenliyinə hörmət etməli və müharibəni dayandırmalıdır", - Makron yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 16-da İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəslə bağlı razılığa gəldiyini bildirib.

 

.