Fransa Ukraynaya Mirage qırıcı təyyarələri və Aster raketləri verməyə, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün təlimlər keçməyə hazırdır.
Bunu Fransa Prezidenti Emmanuel Makron “könüllülər koalisiyasının” iclasında bildirib.
Makronun sözlərinə görə, Fransa koalisiya tərəfdaşları ilə birgə yeni təşəbbüslərin elanını planlaşdırır. O vurğulayıb ki, “könüllülər koalisiyası” Ukraynanın enerji infrastrukturunun gücləndirilməsinə dəstəyini davam etdirməlidir.
Qeyd edək ki, “könüllülər koalisiyası”nın iclası ötən gün keçirilib. İclasa Böyük Britaniyanın Baş naziri Keir Starmer sədrlik edib. “Telegraph”ın məlumatına görə, Starmer müttəfiqləri Ukraynaya uzaqmənzilli raketlər verməyə çağırıb.
.
