Fransa Hörmüz boğazının açılması üçün heç bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyil.
Bunu Fransa Prezidenti Emmanuel Makron İrəvanda Avropa Siyasi Birliyinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün mən vəziyyətə belə baxıram: əgər ABŞ Hörmüz boğazını açmaq istəyirsə və ya onun açılmasına kömək etməyə hazırdırsa – bu yaxşıdır, biz əvvəldən məhz bunu tələb edirik. Lakin mənim üçün aydın olmayan çərçivədə heç bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyilik", – Fransa lideri bəyan edib.
O, həmçinin vurğulayıb ki, Hörmüz boğazının açılması regionda davamlı sülhə nail olmaq üçün ABŞ və İran arasında razılaşdırılmalıdır.
"Biz ilk növbədə istəyirik ki, Hörmüz boğazının açılması İran və ABŞ arasında razılaşdırılmış şəkildə həyata keçirilsin. Bu, məhdudiyyətlər və əlavə rüsumlar olmadan sərbəst gəmiçiliyi bərpa etməyə imkan verəcək yeganə davamlı həll yoludur", – o əlavə edib.
.
