Fransa Prezidenti Emmanuel Makron Avropa və ABŞ-nin birliyinin Ukraynaya dəstək üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Yenizaman "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə E.Makron Çinə səfəri zamanı jurnalistlərə deyib.

O həmçinin əlavə edib ki, Avropa və ABŞ-nin arasında "heç bir etimadsızlıq yoxdur":

"Avropa və ABŞ-nin Ukrayna məsələsi ilə bağlı birliyi böyük əhəmiyyət daşıyır. Və mən bir daha vurğulayıram ki, biz birgə işləməliyik".

Prezident qeyd edib ki, ABŞ-ın sülh təşəbbüslərini alqışlayır və dəstəkləyir, çünki bu "təşəbbüslərə rəhbərlik üçün Avropaya ehtiyac var".

.