Avropa blok təfəkkürünə uymamalı, ABŞ və Çin arasında Tayvanın statusu ilə bağlı fikir ayrılıqları kontekstində və o cümlədən digər insanların münaqişələrinə cəlb edilməməlidir.

Bunu bazar günü dərc olunan “Les Echos” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

““Biz avropalılar Tayvan məsələsinin həllini sürətləndirməkdə maraqlıyıq? Yox. Ən pisi düşünmək olardı ki, biz avropalılar bu məsələdə baş rolda olmalı və Amerikanın tempinə və ya Çinin hədsiz reaksiyasına uyğunlaşmalıyıq”.

Fransa lideri əmin olduğunu bildirib ki, Avropa ilk növbədə öz maraqlarına əməl etməlidir, “dünyanın digər yerlərindəki gündəmə uyğunlaşmamalıdır”.

.